16 noyabr 2023 12:32
280

Herve Quenassia: Bakıda şəhər nəqliyyat sistemini daha əlçatan etmək olar

Bakıda şəhər nəqliyyatının əlçatanlığı və ekoloji sağlamlığı üçün layihələr icra oluna bilər.

“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqı Qonşuluğu ölkələrində kredit əməliyyatları üzrə baş məsləhətçi Herve Quenassia “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumu"nda çıxışı zamanı deyib.

O bildirib ki, təmiz nəqliyyatla bağlı layihələrə dəstək olmaq üçün kifayət qədər aşağı faiz dərəcəli kreditlərin verilməsini həyata keçirə bilərlər: “Bundan başqa, bu istiqamətdə layihələrin icrası üçün Azərbaycanla müxtəlif təcrübələri bölüşə bilərik”.

H.Quenassia bildirib ki, onlar artıq ənənəvi enerji layihələrini maliyyələşdirməkdən imtina ediblər.

H.Quenessia xüsusi olaraq qeyd edib ki, bu gün dünyada yaşıl hidrogen daha böyük potensiala malikdir.