16 noyabr 2023 12:56
305

Nazir: Sovet dövründə Zəngəzur dəhlizi ilə 7-12 mln. ton yük daşınıb, potensial böyükdür

Azərbaycanın işğaldan azad etdiyi ərazilər, Yol Xəritəsinə Zəngəzur dəhlizinin əlavə edilməsi Orta Dəhlizin inkişafına təkan ola bilər.

“İki sahil” xəbər verir ki, bunu bu gün “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rəşad Nəbiyev deyib.

O bildirib ki, şərqlə qərb arasında daşımalarda Orta Dəhlizin bir hissəsi olaraq Zəngəzur dəhlizi böyük potensialı var: “Sovet İttifaqı dövründə Zəngəzur dəhlizi ilə 7-12 milyon ton həcmində yüklər daşınıb. Amma təəssüf ki, Ermənistan üçtərəfli bəyanata zidd olaraq dəhlizin açılmasına son üç ildə imkan verməyib. Amma alternativlər, digər seçimlər həmişə var”.