2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 959.6 milyon manatlıq içki və tütün məmulatları satılıb.
"İki sahil”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin müvafiq dövrü ilə müayisədə bu göstəricinin həcmi 5.7% və ya 106.2 milyon manat çoxdur. Belə ki, 2022-ci ilk 10 ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 853.4 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Qeyd edək ki, cari ilin oktyabr ayında isə bu göstəricinin həcmi 208.9 milyon manat təşkil edib.
"Yaşıl enerji dəhlizi"nə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib