16 noyabr 2023 17:06
301

AFİZ-də istehsal olunan mallar 10 ölkədə gömrük rüsumlarından azad ediləcək

Müştərilər əmin olsa ki, onların Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) uğurlu və gəlirli fəaliyyətini təmin edəcək, bu zaman ƏAİZ layihəsi daha uğurlu olacaq.

“İki sahil” xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov "Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumu"nda çıxışı zamanı deyib.

O bildirib ki, ƏAİZ-in əsas üstünlüklərindən biri beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşməsidir.

V. Ələsgərov ƏAİZ-nin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanın Azad Ticarət Sazişinə malik olduğu 10 ətraf ölkədə (Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan) AFİZ-də istehsal olunan mallar gömrük rüsumlarından azad ediləcək.