2024-cü ildə kənd təsərrüfatında 4.6% , tikintidə 3.4%, ticarətdə 3%, turizm sahəsində 15.8% , nəqliyyat sahəsində 4.5%, informasiya və rabitə sahəsində 9.5% artım proqnozlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun layihəsinin (ikinci oxunuş) müzakirəsində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Bu proqnozlar baza ssenarisi əsasında formalaşıb və özünü doğruldacaq.
"Yaşıl enerji dəhlizi"nə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib