Ermənistan Nazirlər Kabinetinin iclası zamanı zalda işıqlar sönüb.
“İki sahil” xəbər verir ki, Baş nazir Nikol Paşinyanın sədrlik etdiyi iclas zamanı zalda işıqlar bir neçə saniyə sönülü qalıb.
Paşinyan bildirib ki, onlar daim enerji təchizatının keyfiyyətinin yüksəldilməsindən danışırlar, lakin bu məsələ həll olunmur.
Baş nazir onu da qeyd edib ki, Ermənistandakı elektrik enerjisi keyfiyyətsizdir, hətta hökumət binasındakı kabinetlərdə də işıqlar daim yanıb-sönür.
İraq sentyabrın 30-dan sonra beynəlxalq koalisiyanın bir hissəsini saxlamaqla razılaşmayıb
MKİ ilə bağlı şirkət Almaniya dron istehsalçısına ABŞ bazarına çıxmağa kömək edib