28 noyabr 2023 10:38
298

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşlı” yataqları blokunda (AÇG) yerləşən “Çıraq” platformasında istismara veriləndən 104 mln. tondan artıq neft hasil edilib.

Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə platformadan 24 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

“Platformadan 2023-cü ilin birinci yarısı üçün ümumi hasilat gündə orta hesabla 23 min barrel təşkil edib”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, AÇG blokundan ilk neft 1997-ci ilin noyabrında “Çıraq” yatağından əldə edilib. AÇG bloku Xəzər dənizinin Azərbaycan sektorunda ən iri #neftqaz yataqlar bloku hesab olunur və Bakıdan təxminən 100 km şərqdə yerləşir. Yataqlar blokunun ehtiyatı 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman 511 mln. ton həcmində təxmin edilib. Sonradan isə bu göstərici 1,072 mlrd. ton proqnozlaşdırılıb.