30 noyabr 2023 02:36
491

Apofis asteroidi peyklərdən birini vura bilər

2029-cu ildə Yerin yaxınlığından keçəcək Apofis asteroidi geostasionar peyklərdən birini vura bilər.

Bu fikri Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun baş elmi işçisi Nikolay Jeleznov deyib. Bununla belə, alim proqnozun baş vermə ehtimalının az olduğunu da etiraf edib.

"Çox güman ki, o, uçacaq və heç bir şeyə dəyməyəcək. Kosmos böyükdür, lakin obyektlər kiçikdir", -deyə Jeleznov RİA Novosti-yə müsahibəsində peyklərin ekvatordan yuxarı hərəkət etdiyini və orbitinin yüksək meyilli olduğunu vurğulayıb.

Buna baxmayaraq, Apofis peyklərin orbitini zəbt edərsə, maksimum birini tutacaq və sıradan çıxaracaq.

"Bu vəziyyət Yer kürəsində nəzərəçarpacaq nəticələrə səbəb olmayacaq”, -deyə astronom əminliklə bildirib.

Xatırladaq ki, 13 aprel 2029-cu ildə potensial təhlükəli Apofis asteroidi Yerdən 32 min kilometr məsafədə uçacaq. Geostasionar peyklər də planetimizin səthindən təxminən eyni məsafədə uçurlar ki, bu da kosmik obyektlə süni peyklərin toqquşması ilə bağlı narahatlıqları artırıb.

Nubar Süleymanova, “İki sahil”