18 oktyabr 2026 21:08
161

Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb

 

Yarışın ikinci günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Südabə Ağayeva (-70 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Madina Kaisinova (+78 kq) turniri gümüş medalla başa vurub.

Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi -100 kq), Sübhan Axundov (+100 kq) və Alina Kuqayeva (-70 kq) isə bürünc medala yiyələniblər. 

Xatırladaq ki, yarışın ilk günündə Nazir Talıbov (-66 kq), Kamran Süleymanov (-73 kq), Fəridə Mirzəyeva (-52 kq) və Ülviyyə Bayramova (-57 kq) gümüş, Rəşad Yelkiyev (-66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi -73 kq) və Gülnarə Bayramova (-57 kq) isə bürünc medal əldə etmişdilər.

Beləliklə, Azərbaycan cüdoçuları iki gün davam edən Asiya Açıq Turnirini 1 qızıl, 5 gümüş və 8 bürünc olmaqla ümumilikdə 14 medalla tamamlayıblar.