“Napoli” mövsümün ilk 9 oyununda bütün turnirlər nəzərə alınmaqla 5-ci məğlubiyyətini alıb.
“İki sahil” xəbər verir ki, “Gazzetta dello Sport” nəşrinin məlumatına görə, İtaliya klubunda son 20 ildə belə uğursuz nəticə qeydə alınmayıb. Bu fonda komandanın baş məşqçisi Massimiliano Alleqrinin gələcəyi sual altında düşüb.
“Venesiya” ilə məğlubiyyətlə başa çatan oyunda mütəxəssisin heyətlə bağlı bəzi qərarlarının klub prezidenti Aurelio De Laurentisi təəccübləndirdiyi bildirilir.
Vəziyyətin daha da pisləşəcəyi təqdirdə Alleqrinin mümkün əvəzləyiciləri arasında İqor Tudor və Tyaqo Motta nəzərdən keçirilir. Türkiyə millisindəki işini başa vurduqdan sonra sərbəst qalan Vinçentso Montella da namizədlər sırasına qoşulub.
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb