19 oktyabr 2026 00:54
97

“Real” Joze Mourinyoya əvəzləyici axtarır

Madrid “Real”ının prezidenti Florentino Peres baş məşqçi Joze Mourinyonu istefaya göndərmək ehtimalını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, “Radio Marca”nın məlumatına görə, Peres komandanın nəticələri yaxşılaşmayacağı təqdirdə baş məşqçi postuna Didye Deşamı gətirməyi düşünür.

Qeyd edək ki, La Liqanın 8 turundan sonra 18 xalı olan “Real” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xatırladaq ki, 58 yaşlı Deşam 2026-cı il dünya çempionatından sonra Fransa millisini tərk etdikdən bəri işsizdir. O, daha əvvəl “Monako”, “Yuventus” və “Marsel” klublarını çalışdırıb. Mütəxəssis Fransa millisi ilə 2018-ci ildə dünya çempionu olub, 2020/2021 mövsümündə isə Millətlər Liqasını qazanıb.