18 oktyabr 2026 20:33
145

Batut gimnastlarımız Dünya kubokunda növbəti qızıl medalı qazandılar

 

Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya kubokunda Azərbaycan idmançıları növbəti uğura imza atıblar.

Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda uğurlu çıxış edərək 51,510 xalla qızıl medal qazanıblar.

Bu nəticə Azərbaycan gimnastlarının beynəlxalq arenada qazandıqları uğurlar sırasına daha bir qızıl medal əlavə edib.