18 oktyabr 2026 20:34
144

“Kəpəz” – “Zirə” yarşında qollu bərabərlik

Misli Premyer Liqasının 8-ci turunda "Zirə" "Kəpəz"in qonağı olub.

“İki sahil” xəbər verir ki, yarışın 57-ci dəqiqəsində Benito Olabiran hesabı açıb. 89-cu dəqiqədə isə Davit Volkov “qartalların” bərabərlik qolunu vurub.

Qarşılaşma bu hesabla başa çatıb.

Misli Premyer Liqası,

8-ci tur

18 oktyabr (bazar)

18:30.“Kəpəz” 1–1 “Zirə”

Qollar: Benito Olabiran, 57 (1-1), Davit Volkov, 89 (1-1)

Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev, Rauf Cabarov (VAR), Kərim Zeynalov (AVAR)

Gəncə şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”