İngiltərədə itkin düşən pişik 11 il sonra ailəsinə qayıdıb. Heyvanın sahibləri onunla yenidən qovuşmağı Milad hədiyyəsi adlandırıblar.
“İki sahil” xəbər verir ki, “Tobi” adlı pişik 2012-ci ildə Allan ailəsi yeni evə köçəndə yoxa çıxıb. Bundan sonra, bir qadın onu sahibinin evindən bir neçə kilometr aralıda tapana qədər ev heyvanının taleyi haqqında heç nə məlum olmayıb.
O, Tobini heyvanların müdafiəsi təşkilatına təhvil verib. Orada pişiyə baxış keçirilib və onun bədənində sahiblərinin məlumatları olan mikroçip tapıblar. Bundan sonra könüllülər pişiyin sahibi Castini çağırıb ona şad xəbəri çatdırıblar.
Qadın bildirib ki, Tobinin qayıtmasına ən çox onun kiçik oğlu Çarli sevinir.
“O pişik Çarlinin idi. Oğlumun səkkiz yaşı olanda o, bizdən pişik istədi, biz “Tobi”ni ona 12 yaşına çatanda verdik”, - deyə britaniyalı qadın şərh edib.
Castin əlavə edib ki, hazırda onların evində bir it yaşayır, lakin o, ev heyvanlarının dostlaşacağına ümid edir.
Cənubi Qafqazda baş verənlər bizim üçün böyük əhəmiyyət kəsb edir - Sergey Kopırkin