30 noyabr 2023 17:14
331

ASCO daha yüngül yanacağa keçməsi nəticəsində emissiyaların azalmasına nail olub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) daha yüngül yanacağa keçməsi nəticəsində emissiyaların azalmasına nail olub.

“İki sahil” xəbər verir ki, bu barədə QSC-nin dayanıqlılıq və emissiyaların idarəolunması üzrə direktoru Ələkbər Əzizli Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin əvvəlindən QSC gəmilər üçün yanacaq kimi mazutun istifadəsindən imtina edib və dizel yanacağına keçib.

"Dizelin tərkibində kükürdün daha az olmasından emissiyaların həcmi də azalır", - Ələkbər Əzizli qeyd edib.

ASCO nümayəndəsi onu da vurğulayıb ki, qeyd olunan tədbirlər nəticəsində QSC emissiyaların 6% azalmasına nail olub.

Ələkbər Əzizli onu da bildirib ki, gələn bir neçə il ərzində emissiyaların azalması üçün müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.