Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınmasının təmin edilməsi məqsədi ilə tədbir keçirilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Kürdmahmudlu kəndi ərazisində yerin təkindən qeyri-qanuni istifadə halı müəyyən edilib. Qayda pozuntusu ilə əlaqədar bir nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Vergi sistemində süni intellekdən istifadə çoxsaylı yeniliklər və üstünlüklər vəd edir