04 dekabr 2023 11:37
241

Nizami rayonunda 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə aksiya keçirilib FOTO

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi və fəalları 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə aksiya keçiriblər.

“İki sahil” xəbər verir ki,  aksiya çərçivəsində Nizami rayonunda fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Qayğı” reabilitasiya mərkəzi və Autizm Mərkəzi ziyarət edilib.

Ziyarət zamanı mərkəzlərdə yaradılmış şəraitlə tanışlıq olub, uşaqlarla görüş keçirilib. YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, təşkilatın rayon üzrə qadınlarla iş üzrə əlaqələndiricisi Yeganə Abbasova və başqaları mərkəzlərin sakinləri ilə səmimi ünsiyyət qurub, gündəlik inkişaf təlimləri ilə maraqlanıblar.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova, “Qayğı” reabilitasiya mərkəzinin direktoru Bənövşə Məmmədova, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova uşaqlara göstərilən diqqət və qayğıdan danışıblar. Ziyarətçilər də yaradılmış şəraitə görə Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkürlərini bildiriblər.