05 dekabr 2023 12:06
247

Ləğv edilən sığortaçıya dair yeni tələblər qoyulur

Milli Məclisin bu gün keçirilən iclasında “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

“İki sahil” xəbər verir ki, layihəyə əsasən, sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri yeni qaydada ödəniləcək.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.