06 dekabr 2023 15:40
300

“Azərxalça”nın Müşahidə Şurasının iclası olub

“Azərxalça” ASC-nin Müşahidə Şurasının iclası keçirilib.

"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclas Şuranın sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə baş tutub. İclasda bu ilin 9 ayında Cəmiyyətin gördüyü tədbirlər və onların nəticələri barədə məlumat verilib, qurumun gələcək planları müzakirə edilib.

Tədbirdə həmçinin xalça istehsalının və satışının artırılması üçün həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Qurumun gələcək planları və gündəlikdə duran məsələlər müzakirə edilib.