Dünya üzrə aviaşirkətlər 2023-cü ilin nəticələrinə görə 23,3 milyard ABŞ dolları dəyərində xalis mənfəət əldə edə bilər.
“İki sahil” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) son proqnozunda deyilir. Aviaşirkətlərin xalis mənfəətinin 2024-cü ildə 25,7 milyard ABŞ dollarına çatacağı gözlənilir.
Xatırladaq ki, IATA iyun ayındakı proqnozunda üçillik xalis zərərdən sonra aviaşirkətlərin bu il 9,8 milyard ABŞ dolları həcmində xalis mənfəət əldə edəcəyini deyirdi. Beləliklə qurumun xalis mənfəət üzrə gözləntiləri 2,4 dəfə artırılıb.