07 dekabr 2023 10:23
489

Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyanın həcmi açıqlanıb

Böyük Britaniya 1995-2023-cü (ilk 6 ay) illər ərzində Azərbaycana 35 milyard dollar investisiya yatırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, yatırılan investisiyaların 32 mlrd. dolları neft-qaz sektorunun payına düşüb.