07 dekabr 2023 11:16
253

İnvestorlarımız regiondakı vəziyyətdən narahatdır- Böyük Britaniya rəsmisi

Böyük Britaniya investorları regiondakı vəziyyətdən - Rusiya-Ukrayna və Azərbaycan-Ermənistan konfliktlərindən çox narahatdır.

“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın ixrac üzrə naziri Lord Offord bu gün Bakıda keçirilən Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında bildirib.

"Bilirik ki, sizin Rusiya ilə çox yaxşı münasibətləriniz var. Azərbaycan regionda Şərqlə Qərb arasında hab rolu oynayır. Biz bu potensialdan istifadə etmək istəyirik", - deyə o qeyd edib.