07 dekabr 2023 11:28
541

Azərbaycan Britaniyanın minatəmizləmə fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirir- Nazir

Azərbaycan Böyük Britaniyanın minatəmizləmə fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında energetika naziri Pərviz Şahbazov bildirib.

"Əminik ki, bu istiqamətdə daha uğurlu addımlara imza atacağıq", - nazir vurğulayıb.

Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və rekonstruksiya işləri aparılır və bu proses çərçivəsində Böyük Britaniya şirkətləri 4 layihədə iştirak edirlər.

"Bununla da onlar bizim əməkdaşlığımızın həm miqyası, həm də həcminin genişlənməsinə öz töhvəsini verirlər", - Pərviz Şahbazov.