07 dekabr 2023 11:37
327

Azərbaycanda 11 ayda yeni qeydiyyat üsulu ilə yaradılan MMC-lərin sayı 2 mini ötüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2 002 yerli investisiyalı MMC qeydiyyata alınıb.

“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 99 % təşkil edib.

11 ayda fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,1 %, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 15,1 % artıb.

Bu ilin dekabr ayının 1-nə 22 368 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,8 % artıb.