07 dekabr 2023 21:53
422

Rəşad Nəbiyev İraqın Baş nazirinin müavini ilə SOCAR-la əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə yazıb.

“İraqa səfər zamanı Baş nazirin müavini, neft naziri Hayan Əbdül-Qani ilə görüşdük. SOCAR-la əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı”, – o qeyd edib.