08 dekabr 2023 10:00
288

Dünya bazarlarında neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin fevral müqaviləsinin dəyəri 1.57% artaraq 1 barelə görə 75.21 dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1.47% artaraq 70.36 dollar olub.