08 dekabr 2023 12:15
259

ARDNF vəsaitlərinin gəlirliliyini artıracaq

2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin illik gəlirliliyi 3,5 % təşkil edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2023-cü ilin proqnozuna nisbətən 1,45 faiz bəndi çoxdur.

Xatırladaq ki, bu ilin 9 ayında ARDNF borc öhdəlikləri və pul bazarları alətləri üzrə 1,6 %, səhmlər üzrə 11,4 %, daşınmaz əmlak üzrə isə 3,3 % gəlirliliyə nail olub.