Bu ilin iyul-sentyabr aylarında Gürcüstana iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyanın 5,2 %-i Azərbaycanın payına düşüb.
“İki sahil” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, III rübdə qonşu ölkəyə 316 milyon ABŞ dolları sərmayə yatırılıb ki, bunun da 16,4 milyon ABŞ dollarını Azərbaycan sahibkarları həyata keçirib. Ölkəmiz bu baxımdan 7-ci yeri tutub.
Rüb ərzində Gürcüstana ən çox ABŞ (51,8 milyon ABŞ dolları), Böyük Britaniya (45,8 milyon ABŞ dolları) və Niderland (45,3 milyon ABŞ dolları) investisiya qoyub.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?