Azərbaycan Çin şirkəti ilə enerji saxlanc sistemləri üzrə əməkdaşlıq müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.
Məlumata görə, energetika naziri Pərviz Şahbazov “China Energy” şirkətinin prezidenti Çiao Subinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla Çin arasında dostluq münasibətlərinin enerji əməkdaşlığı üzrə inkişafından məmnunluq ifadə edilib. Bu xüsusda, bu ilin iyun ayında Energetika Nazirliyi ilə “China Gezhouba Group” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq bərpa olunan enerji layihələrinin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub. “Yaşıl enerji”nin inkişafının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğu vurğulanaraq daxili istehlak və ixrac məqsədli külək və günəş enerjisi üzrə istehsal güclərinin, həmçinin “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin yaradılmasından bəhs edilib. Bildirilib ki, bu layihələr bərpa olunan enerji sahəsində geniş əməkdaşlığı təşviq edir və ölkəmiz Çin şirkətləri ilə “yaşıl enerji” tərəfdaşlığının qurulmasında maraqlıdır.
Müzakirələr zamanı “China Energy” şirkəti ilə enerji saxlanc sistemləri, “yaşıl hidrogen”in istehsalı və ixracı, qabaqcıl ötürücü və paylayıcı şəbəkə texnologiyaları və digər prioritet istiqamətlər üzrə birgə əməkdaşlıq imkanları dəyərləndirilib. Müəyyənləşdirilən layihələrlə bağlı fəaliyyətin sürətləndirilməsi tövsiyə edilib.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?