Cari ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə bildirilib.
Söhbət zamanı tərəflər ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Tərəflər həmçinin ticarətin inkişafının müsbət dinamikasını vurğulayaraq, ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyib və əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?