“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2024-cı il üçün Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu artırıb.
“İki sahil” “Fitch”ə istinadən xəbər verir ki, agentlik 2023-cü il üçün TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu dəyişməyib və 13 dollar səviyyəsində (1 000 kub fut üçün) saxlayıb.
Proqnoza əsasən, 2024-cü ildə TTF indeksi üzrə Avropada qazın qiyməti 1 000 kub fut üçün 12 dollar olacağı ehtimal olunur, bu da öncəki proqnoz göstəricidən 2 dollar çoxdur.
Bununla yanaşı, agentlik Avropada qazın qiyməti üzrə 2025-ci il üçün proqnozunu dəyişməyib və onu 10 dollar səviyyəsində saxlayıb.
Buna baxmayaraq, “Fitch” qeyd olunan göstərici üzrə 2026-cı il üçün proqnozunu 5 dollardan 8 dollaradək yüksəldib.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?