Rusiyanın “Lukoil” şirkətinin “Lukoil Neftoxim Burgas” zavodu özəl idarəetmədən dövlət mülkiyyətinə keçdiyi halda səmərəli idarə oluna bilməz, ona görə də səmərəli olardı neft emalı zavodunun (NEZ) satışını təşkil etmək.
"İki sahil"in Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu ölkənin Baş naziri Nikolay Denkov bildirib.
Baş nazir NEZ-in dövlət idarəetməsinə verildiyi halda ən çox daxili bazara yanacaq tədarükündə mümkün fasilələrin yaranacağından narahatdır. Çünki zavoda müntəzəm neft tədarükü yaratmaq lazım gələcək.
N. Denkovun sözlərinə görə, məmurların Burqasdakı neft emalı zavodu kimi böyük müəssisələrin, eləcə də “Lukoil”un ölkədəki digər aktivlərin idarə edilməsində təcrübələri yoxdur. Bunun üçün də neft emalı zavodunun satışını təşkil etmək, həmçinin zavodun vəziyyətini monitorinq etmək üçün keçid dövrünün tətbiqi daha düzgün olardı, Baş nazir hesab edir.
Xatırladaq ki, “Lukoil” Bolqarıstandakı aktivləri ilə bağlı strategiyasını nəzərdən keçirir, siyasi gərginlik səbəbindən onların satışını istisna etmir. Rusiya şirkətinin Bolqarıstanda neft emalı zavodundan əlavə neft bazaları və yanacaqdoldurma məntəqələri şəbəkəsi də mövcuddur.
Qeyd edək ki, “Lukoil Neftoxim Burgas” zavodunun potensial alıcılar arasında artıq iki neft şirkəti, ABŞ-dan olan iki fond və ən əsası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adları da var.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?