11 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Yaponiyanın ən iri bank holdinqlərindən biri olan “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətlərindən məmnunluq ifadə edilib, SOCAR ilə “Mizuho” Bankı arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ hədəfləri, bu xüsusda enerji keçidi, rəqəmsallaşma, innovasiya və biznes dayanıqlılığı kimi fəaliyyət istiqamətlərində görülən işlər barədə məlumat verilib.
Tərəflər enerji sahəsində mövcud və gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub