Bir insanın görmə qabiliyyəti bütün həyatı boyu mükəmməl olsa belə, bir qayda olaraq 40 yaşdan sonra pisləşməyə başlayır. "Rossiya" kanalında "Ən vacibi haqqında" verilişində mütəxəssislər bunun nə qədər təhlükəli olduğu və qarşısını necə almaq barədə danışıblar.
Presbiopiya
Yaşla gözümüzün giləsi tədricən böyüyür və elastikliyini itirir. Dəyişikliklər baş versə də, mexanizm və bağlı olduğu əzələlər hələ də işləyir. Yaşlandıqca yaxından görmə zəifləyir.
Qocalıq uzaqgörənliyini düzəltmək üçün eynək taxmaq məsləhət görülür. Cərrahiyyə yolu ilə də bunu düzəltmək mümkündür. Multifokal süni linza istənilən məsafədə normal görməni təmin edir.
Yaşla əlaqəli makulyar degenerasiya
Makulyar degenerasiya retinanın mərkəzi bölgəsində (makula) dəyişikliklərlə əlaqəli ümumi bir xəstəlikdir. Bu sahədə çoxlu fotoreseptorlar var. Retinanın makula degenerasiyası ilə qan dövranı pozulur, fotoreseptorların əziyyət çəkməsinə səbəb olur. Nəticədə görmə sahəsinin mərkəzində qara ləkə görünür. Bu xəstəliyin ilk əlaməti obyektlərin təhrifidir.
Katarakta
Katarakta 40 yaşdan sonra getdikcə qaçınılmaz vəziyyətidir. Onun dərəcəsi daim böyüyür, göz bülluru elastikliyini itirir, 60 yaşında isə şəffaflığını itirməyə başlayır. Kataraktın ilkin mərhələlərində gözlər qarşısında pərdə hissi, "qara milçəklərin" titrəməsi görüntüsü olur.
Əməliyyat yolu ilə kataraktadan xilas ola bilərsiniz. Bu prosedur zamanı “dumanlı” büllur süni şəffaf əvəzləyici ilə əvəz olunur.
Qlaukoma
Qlaukoma tam korluğa səbəb olan neyrotrofik xəstəlikdir. Bu xəstəlik optik sinir lifi vasitəsilə görüntü keçiriciliyinin pozulması ilə əlaqələndirilir, buna görə görmə sahəsi daralır. Qlaukoma simptomlarından biri də göz içi təzyiqinin artmasıdır.
Görmə qabiliyyətini vaxtaşırı yoxlamaqla və göziçi təzyiqinin səviyyəsini izləmək üçün vaxtında həkimə müraciət etməklə bəzən erkən mərhələdə qlaukoma aşkar edilə bilər. Müalicə dərmanlar, damcılar, lazer əməliyyatı və ya kritik hallarda xəstəliyin gedişatını yavaşlatmaq və uzun illər görmə qabiliyyətini qorumaq üçün cərrahi müdaxiləni əhatə edə bilər.
Nubar Süleymanova, “İki sahil”