Pişik sahiblərinin şizofreniyaya tutulma riski iki dəfə çoxdur
Kvinslend Universitetinin (Avstraliya) tədqiqatçıları son 44 il ərzində 11 ölkənin məlumatlarını tədqiq ediblər.Söhbət pişiklərin daşıdığı toksoplazmadan gedir. Şizofreniya bülleteninə görə, parazit insanın mərkəzi sinir sistemini zəbt edərək şəxsiyyət dəyişikliklərinə və psixi pozğunluqlara səbəb olur.
Alimlər sosial şəbəkələrdə pişiksevərlər tərəfindən tənqid ediliblər. Ancaq bu, toksoplazmanın insan sağlamlığına mənfi təsiri haqqında ilk məqalə deyil. Əgər yoluxmuşsa, yaşlı bir insanın vəziyyəti çox ağırlaşa bilər.
Nubar Süleymanova, "İki sahil"