20 dekabr 2023 02:15
605

Xərçəng xəstəliyinin əsas səbəbi nədir?

“Rossiya” telekanalında “Ən vacibi haqqında” verilişində doktor Myasnikov xərçəng, ürək-damar və digər ciddi xəstəliklərin inkişafı üçün ən güclü risk faktorunun adını açıqlayıb.

Məşhur televiziya həkiminin sözlərinə görə, bu, mikrobiomun pozulmasıdır. Mikrobiom bədənimizdə, əsasən də bağırsaqlarda yaşayan bakteriyalar toplusudur. Bu, qidalanma vərdişlərimizə, bağlılıqlarımıza, sağlamlığımıza və piylənmə, diabet, infarkt, insult, xərçəng kimi xəstəliklərin inkişafına təsir göstərir.

Myasnikov deyir ki, antibiotiklərin kütləvi şəkildə tətbiqi və sui-istifadəsi mikrobiomada ciddi pozulmalara səbəb ola bilər.

"Antibiotik bakteriyaları öldürür - yəni mikrobiomu öldürür. Mikrobiomda isə yaxşı bakteriyalar var, pislər də var. Antibiotik tarazlığı pozur. Bu, kimyaterapiya kimidir: bütün bakteriyalar üçün, onları çeşidləmədən yox edir. Beləliklə, onlar bir-biri ilə dostlaşmağa başlayırlar - və ciddi problemlər başlayır”,-deyə həkim bildirib.

 Xərçəng və ürək-damar xəstəliklərinin, infarkt və insultların bumu 50-ci illərin sonu və 60-cı illərdə baş verdi. Myasnikovun sözlərinə görə, pnevmoniya və infeksiyaları məğlub edərək, digər təhlükəli xəstəliklərə yaşıl işıq yandırmışıq. Ancaq artıq mütəxəssislərə sirr deyil ki, mikrobiomun pozulması sağlamlıq üçün siqaretdən daha ciddi təhlükə yaradır.

Nubar Süleymanova, “İki sahil”