20 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə SOCAR ilə “TotalEnergies” şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan, o cümlədən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi mərhələsi üzrə işlərin uğurla yekunlaşdırılmasından məmnunluq ifadə olunub.
Tərəflər “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, həmçinin “TotalEnergies” və SOCAR arasında dronlar vasitəsilə metan qazının aşkarlanması və ölçülməsi kampaniyalarının həyata keçirilməsinə” dair Əməkdaşlıq Sazişi üzrə görülən işləri nəzərdən keçiriblər.
Görüşdə neft-qaz, yaşıl enerji, dekarbonizasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün təşkil olunan silsilə məlumatlandırma sessiyaları başa çatıb
Gənc media nümayəndələri SOCAR-ın dekarbonizasiya strategiyası və yaşıl enerji gündəliyi barədə məlumatlandırılıblar - FOTO