Azərbaycan yeni birgə hərbi istehsal müəssisələrinin yaradılmasını davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş panel müzakirələrində bildirib.
"Özəl sektorun bu sahədə iştirakının dəstəklənməsi, onunla dövlət sektoru arasında tərəfdaşlıqların qurulması, sərmayələrin cəlb edilməsi, birgə müəssisələrin və birgə istehsal sahələrinin yaradılması üçün müvafiq hüquqi və qanunverici bazanın formalaşdırılması qarşıdakı fəaliyyətimizin mühüm bir hissəsi olacaq", - deyə nazir əlavə edib.
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib