21 dekabr 2023 18:03
387

Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 6 mindən çox texnikanın satışını maliyyələşdirib

Bu ilin yanvar-noyabr aylarında Kənd təsərüffatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 6 390 kənd təsərrüfatı texnikasının satışını maliyyələşdirib.

"İki sahil” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, bunun 1 252-si traktor, 67-si taxılyığan kombayn, 5 071-i isə digər texnikalar olub.