22 dekabr 2023 11:28
337

Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək

Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Saziş imzalanıb.

“İki sahil” xəbər verir ki, sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şərif imzalayıblar.