Yanvarın 22-də "Əmlak Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “DəmirBank” ASC-nin daşınar əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Məlumata görə, söhbət 10-AH-773 dövlət qeydiyyat nişanlı, “BMW 760 LI” markalı avtomobildən gedir. İlkin qiyməti 50 min manat olan əmlak 5-ci dəfə - 37 % endirimlə hərraca çıxarıldığından ona 31,5 min manat qiymət qoyulub.
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Ağdərə rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib