23 dekabr 2023 23:23
406

Azərbaycandan Rusiyaya 18 ton yumurta göndərilib

Dekabrın 19-da Azərbaycandan "Yaraq-Qazmalar" keçid məntəqəsi vasitəsilə Rusiyaya ərzaqlıq yumurtanın ikinci partiyası ixrac edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən ("Rosselxoznadzor") bildirilib.

Məlumata əsasən, dekabrın 21-də Rusiya ərazisinə sonradan satış məqsədilə "Yaraq-Qazmalar" keçid məntəqəsi vasitəsilə Azərbaycandan həcmi 18 ton (306 min ədəd) olan ikinci yumurta partiyası gətirilib.

Bundan əvvəl, dekabrın 19-da Rusiyaya 36 ton (612 min ədəd) həcmində Azərbaycan yumurtasının ilk partiyası gətirilib.