2023-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,4% artaraq 29 milyard 740,6 milyon manat olub.
Bu barədə “İki sahil” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7% artaraq 17352,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,9% artaraq 12387,8 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə,49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.