“L’Oreal” şirkəti banisinin yeganə nəvəsi Fransuaza Betankur-Mayers dünyada şəxsi sərvəti 100 milyard dolları aşan ilk qadın olub.
"İki sahil" bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Milyarder qadının ümumi sərvəti 100,2 milyard dollardır. Onun miras aldığı “L’Oreal” şirkıtinin səhmləri dekabrın 28-də rekord səviyyədə bahalaşıb.
Fransuaza Betankur-Mayers 1997-ci ildən “L’Oreal” şirkəti İdarə Heyətinin üzvüdür və iki oğlu ilə birlikdə səhmlərin 33 faizinə malikdir. O, “Forbes” jurnalının reytinq cədvəlində dörd il ard-arda dünyanın ən varlı qadınlarının siyahısına başçılıq edib. Onun anası – Lilian Betankur da 14 il ərzində bu reytinq cədvəlində yer alıb.