SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi ölkə üzrə qazlaşma səviyyəsini davamlı olaraq genişləndirir.
“İki sahil” xəbər verir ki, artıq Qobustan rayonunun Sədəfli kəndinin qazlaşdırılması da başa çatıb. Bu məqsədlə sözügedən kənddə tədbir təşkil olunub.
Tədbirdə «Azəriqaz» İB-nin Ağsu Regional Qaz İdarəsinin rəhbərliyi, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı və kənd sakinləri iştirak ediblər. Daha sonra təbii qazın verilişini bildirən simvolik məşəl alovlandırılıb.
Görüş çərçivəsində Vətən müharibəsi şəhidi Elyar Vəliyevin ailəsi ziyarət edilib.
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün təşkil olunan silsilə məlumatlandırma sessiyaları başa çatıb
Gənc media nümayəndələri SOCAR-ın dekarbonizasiya strategiyası və yaşıl enerji gündəliyi barədə məlumatlandırılıblar - FOTO