30 dekabr 2023 19:40
362

Culfada ümumrayon bayram tədbiri keçirilib - FOTO

Culfa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Culfa şəhərində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram şənliyi keçirilib.

“İki sahil” xəbər verir ki,  şənlikdə rayon sakinləri, dövlət və özəl qurumların əməkdaşları iştirak ediblər.

Culfa Rayon Mədəniyyət Sarayının “Çeşmə” instrumental ansamblının musiqili konsert proqramında mədəniyyət və incəsənət xadimləri tərəfindən müxtəlif nəğmələr səsləndirilib.

Bayram şənliyi sakinlərin, xüsusən də uşaqların əhval-ruhiyyəsini daha da artırıb, bu günü onlar üçün unudulmaz edib. Həmçinin yeni ilin xəbərçisi olan Şaxta baba tərəfindən uşaqlara bayram hədiyyələri verilib, rayon sakinlərinə ictimai-iaşə xidməti göstərilib.