30 dekabr 2023 19:47
387

ADY Yeni il ərəfəsində balacalara “Qış səyahəti” möcüzəsini yaşatdı FOTO

Yeni il ruhunda bəzədilən Bakı-Sumqayıt-Bakı ekspres qatarında maraqlı personajlar, hədiyyə və şənliklə dolu əyləncəli səfərdə 300-ə yaxın uşaq valideynləri ilə birgə iştirak edib.

“İki sahil” xəbər verir ki,  ADY tərəfindən ilk dəfə keçirilən “Qış səyahəti” turuna Qarabağ müharibəsi qəhrəmanlarının və dəmiryolçu ailələrinin övladları qoşulublar.