02 yanvar 2024 18:10
1051

Toyunda "Neftçi"nin oyununa tamaşa edən bəy – MARAQLI VİDEO

Toyunda "Neftçi"ni unutmayan sadiq azarkeş…

O, gərək ki, bu videoda gördüyünüz şəxs olsun.

Bakılı fanatın görüntüləri sosial şəbəkələrin gündəmini dəyişib. Belə ki, bəy masasında əyləşmiş "Neftçi" simpatizanı bütün diqqətini sevimli komandasının oyununa verib.

Hamı oynayır, rəqs edir, yeyir, içir, o isə... Gözünü onündə olan "noutbok"dan çəkmir, diqqətlə ora baxır.

Sakit görünsə də, üz çizgilərindən aydın olur ki, daxilən çox həyacanlıdır və ürəyi tribunadakı yoldaşları ilə bir vurur.

Sportinfo.az