04 yanvar 2024 09:45
336

Qazaxıstanda kafedə partlayış olub, ölən və yaralananlar var- FOTO

Qazaxıstanın Uralsk şəhərində kafelərdən birində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

“İki sahil” “Sputnik Kazaxıstan”a istinadən xəbər verir ki, hadisə nəticəsində kafenin binası uçub.

Bildirilib ki, dağıntılar altından 6 nəfər xilas edilib, onlardan 5-i hospitala yerləşdirilib.

Ərazidə xilasetmə işləri aparılır.