Ukrayna Prezidenti Volodimir Zelenski Amerika lideri Donald Trampla telefon danışığı aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında məlumat yayıb.
"Prezident Trampı və bütün amerikalıları Müstəqillik Günü münasibətilə təbrik etdim. Çox yaxşı telefon danışığı olub", - o yazıb.
Zelenski Vaşinqtona "Javelin", "Patriot"dan tutmuş, siyasi dəstəyə qədər göstərilən bütün yardımlara görə təşəkkürünü bildirib: "Müstəqilliyimizin müdafiəsində Amerikanın bizi dəstəkləməsini son dərəcə yüksək qiymətləndiririk. Mən Ukraynanın gələcəyinə biganə qalmayan bütün amerikalılara minnətdaram...".
O, həmçinin Trampla cəbhədəki mövcud vəziyyəti və Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə diplomatik prosesi müzakirə etdiyini bildirib:
"Bu müharibəni başa çatdırmaq üçün real perspektiv var və Amerikanın qətiyyəti həlledici əhəmiyyətə malik olacaq. NATO-nun Ankarada keçiriləcək sammiti zamanı danışığı şəxsən davam etdirmək barədə razılığa gəldik".